Almanlar əsgər getmək istəmir

2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə artıb. 

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, 2021-ci ildə müraciətlərin sayı 201 olduğu halda, ötən il bu rəqəm 951 təşkil edib.

Hərbi xidmətdən imtina edənlər öz qərarlarını Ukraynada müharibənin başlaması və münaqişənin əhatə dairəsinin genişlənmə risklərinin olması ilə izah edirlər.

Qeyd edək ki, Almaniya Silahlı Qüvvələrinin şəxsi heyəti 183 min nəfər təşkil edir. 2025-ci ildə bu rəqəmin 203 minə çatdırılması planlaşdırılır.