6a4c5c80 9d07 11ee a914 02420a0000c9 780

Almaniya Parlamenti “Şimal axını” qaz kəmərlərində baş verən partlayışların araşdırılması çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskini dindirilməyə çağırmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Ağıl və Ədalət” partiyasının lideri Sara Vaqenknext sosial şəbəkə yazıb.

Siyasətçi bildirib ki, hücumlarla bağlı şübhəli şəxs kimi saxlanılan ukraynalı barədə məlumatlar mövcuddur və bu, məsələnin daha dərindən araşdırılmasını tələb edir:

“Şimal axınına hücumu araşdıran parlament komissiyasına ehtiyacımız var. Bu dövlət terror aktı nəhayət ardıcıl şəkildə araşdırılmalıdır,” – deyə Vaqenknext vurğulayıb.

O, hücumların Ukrayna hakimiyyətinin və ABŞ-ın o vaxtkı prezidenti Co Baydenin administrasiyasının dəstəyi olmadan həyata keçirildiyinə şübhə etdiyini də əlavə edib. Vaqenknext Zelenskinin dəymiş ziyanın ödənilməsində məsuliyyət daşımalı olduğunu bildirib.

Xatırladaq ki, Qərb mediasının məlumatına görə, 2022-ci ilin sentyabrında Rusiyanın “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin partladılmasında əli olmaqda şübhəli bilinən Ukrayna vətəndaşı İtaliyada saxlanılıb. Jurnalistlərin yazdıqlarına əsasən, o, Ukrayna Silahlı Qüvvələrinin istefada olan kapitanı və eyni zamanda Ukraynanın Təhlükəsizlik Xidmətində (SBU) xidmət etmiş şəxsdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: