Almaniyadan maraqlı plan: Ukraynanı məğlubiyyətdən qorumaq üçün…

“Rusiyanın qalib gəlməsinə icazə vermək olmaz”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltz deyib.

O bildirib ki, Qərb Rusiyanın Ukraynada qalib gəlməsinin qarşısını almaq üçün əlindən gələni etməlidir:

“Rusiyanın qələbəsi təkcə Ukraynanın azad, demokratik və müstəqil dövlət kimi sonu olmayacaq. Bu, həm də Avropanı kökündən dəyişdirəcək və liberal dünya düzəninə zərbə vuracaq, Amma hələlik Putin heç bir hərbi məqsədinə nail olmayıb. Bunun səbəbi Ukrayna xalqının qəhrəmancasına mübarizə aparması və Qərbin Kiyevə maliyyə və hərbi dəstək göstərməsidir”.

Şoltz Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün öz fəaliyyət planını təklif edib. Onun əsas komponentlərinə Qərbin Ukraynaya davamlı dəstəyinin, eləcə də NATO müdafiəsinin gücləndirməsi daxildir.

Almaniya kansleri fevralın əvvəlində Aİ-nin Ukraynaya 54 milyard dollar məbləğində əlavə maliyyə yardımı ayırdığını xatırladıb. O, avropalı həmkarlarımı lazımi büdcə qərarlarını qəbul etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az