Almaniyadan etiraf – Kiyevi yararsız silahlarla təmin ediblər

“Almaniyanın Ukraynaya verdiyi silahların bəziləri köhnəlmişdi və ya işləmirdi”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok CNN telekanalına müsahibəsində deyib.

A.Berbok bildirib ki, bəzi sistemlərimiz artıq köhnəlib, bəziləri haqqında əvvəldən onların işləmədiyini bilirdik və biz bu barədə danışmışdıq”.

“Mən başa düşürəm ki, Ukraynanın vaxtı azdır. Amma “Taurus”ları nə vaxt təhvil verəcəyimizi deyə bilmərəm. Onlar o qədər mürəkkəbdir ki, biz bütün detalları aydınlaşdırmalıyıq”, – XİN rəhbəri qeyd edib.