Almaniyadan 45 azərbaycanlı readmissiya olunub

fce6e11f be1c 3717 8d35 0605d7feaa1e 850
fce6e11f be1c 3717 8d35 0605d7feaa1e 850

Azərbaycan vətəndaşı olan 45 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Qeyd edək ki, DMX tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.