Almaniyada yaşayan türk bir gündə zəngin oldu

Almaniyanın Elmşorn şəhərində yaşayan bir ailənin bağçasına 3,7 kiloqram ağırlığında meteorit düşüb.

Globalinfo.az manset.az-a istinadən bildirir ki, türk əsilli Şahin ailəsi bu parça üçün müxtəlif təkliflər alıb. Almaniyadan kənardan da çoxlu təkliflər aldıqlarını ifadə edən Mahmud Şahin, ən yüksək təklifin 200 min avro olduğunu bildirib.

Meteoriti seyfdə saxladıqlarını və onun mütəxəssislər tərəfindən görülməsinin və araşdırılmasının da vacib olduğunu vurğulayan Şahin, bunun Şlezviq Holşteyn əyalətinə düşən ən böyük meteorit olduğunu söyləyib.