Almaniyada yaşayan azərbaycanlılar aksiya keçirir – CANLI

Bu gün Almaniyada yaşayan azərbaycanlılar paytaxt Berlin şəhərində Brandenburq qapıları önündə dinc aksiya başlayıblar.

Globalinfo.az xəbər verir ki, aksiyanın məqsədi Almaniya mediasında və vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yanlış məlumat və təhriflərə dolu informasiya hücumuna son qoyulmasıdır.

Bununla yanaşı aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən uzun sürən işğalına son qoyulduqdan sonra regionda sülhü dəstəkləməyə çağırışlar ediblər.