“Bozqurdlar” qondarma abidəni sökdürdülər – FOTO

Almaniyanın Köln şəhərinin meri Henriette Reker “erməni soyqırımı” abidəsinin sökülməsinə qərar verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” telekanalı məlumat yayıb.

Mer memorialın yerində “İrqçiliyə qarşı və insan haqları naminə” adlı abidənin ucaldılacağını deyib.

Erməni mediası iddia edir ki, abidə Almaniyadakı türklərin birləşdiyi “Bozqurdlar” hərəkatının təşəbbüsü ilə sökülür. Artıq bir ildir hərəkat üzvlərinin məsələ ilə bağlı merə müraciət etdiyi, Kölndə yaşayan ermənilərin isə buna qarşı mübarizə apardığı bildirilir.

Qeyd edilir ki, sonda mer “Bozqurdlar”ın tələbini qəbul edib və nəticədə memorialın sökülməsi qərarlaşdırılıb.

Ayşən Mustafa
Globalinfo.az