Almaniyada təxribat: Məscidlərə yandırılmış Quran və donuz piyi göndərildi

Almaniyanın paytaxtı Berlində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı 3 məscidə irqçilik və müsəlmanların müqəddəs əşyalarını təhqir edən zərflər göndərilib.

Globalinfo.az xəbər verir ki, zərflərin içərisində nifrət ifadələri olan kağızlar, yandırılmış Quran səhifələri və donuz piyi tapılıb. DİTİB Berlin Dövlət Birliyinin sədri Yakup Ayar ötən gün Reinickendorf səmtindəki Koca Sinan məscidinə, bu gün isə Şarlottenburq rayonundakı Osman Qazi məscidinə və Neukölln rayonundakı Muradiyə məscidinə irqçi yazılar olan zərflərin poçt vasitəsilə qəbul edildiyini açıqlayıb.

Dərnək rəsmilərinin polisə məlumat verdiyini deyən Ayar hadisə ilə bağlı rayon və dövlət orqanlarına məlumat verildiyini də bildirib.