Almaniyada sorğu: Bu partiyanın reytinqi aşağı düşdü

“Almaniya üçün Alternativ” partiyasının reytinqi 20 faizdən aşağı düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forsa” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, adıçəkilən partiyanın populyarlıq reytinqi 19 faiz təşkil edir.

Hazırki Kansler Olaf Şoltzun rəhbərlik etdiyi “Almaniya Sosial Demokrat Partiyası”, eləcə də  “Xristian Demokrat” və “Xristian Sosial Birlikləri” öz mövqelərini bir qədər yaxşılaşdırıblar. Sorğunun nəticələrinə görə, bu partiyaların leyhinə 15-32 faiz arasında səs verilib.

“Azad Demokrat Partiyası” və “Sol Partiya” hərəyə 3 faiz səs toplayıblar. Sorğu yanvarın 23-dən 29-dək aparılıb və 2,5 min insan iştirak edib.

Xatırladaq ki, Almaniyada sağçı ekstremizmə və  “Almaniya üçün Alternativ” partiyasına qarşı nümayişlər keçirilir. Nümayişlərə səbəb sağçı ekstremistlərin Almaniyadan 2 milyon insanın deportasiyası ilə bağlı planı gizli şəkildə müzakirə etməsidir. Məlumata görə, 20 nəfərin iştirakı ilə keçirilən görüş ötən ilin noyabrında Potsdam yaxınlığında baş tutub. Almaniya üçün Alternativ Partiyasının bir neçə üzvü də həmin gizli görüşdə iştirak edib. Yerli mediaya sızan informasiyaya görə, orada neonasist və mühafizəkar qrupların nümayəndələri də olub.

Əliyar Xəlil,

Globalinfo.az