Almaniyada qəribə olay: Rus yazıçıların əsərləri oğurlanır

Almaniyada kitabxanalardan rus yazıçılarının qədim əsərləri kütləvi şəkildə oğurlanmağa başlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin yanvarında Berlin Dövlət Kitabxanasından 5 cild, o cümlədən Aleksandr Puşkinin üç kitabı oğurlanıb. Bunlar 1827-ci ildə çap olunmuş “Quldur qardaşlar”, 1831-ci ilə aid  “Boris Qodunov” və 1828-ci ildə yazılmış  “Qafqaz əsiri” əsərləridir. Məlumata görə, onların qara bazarda dəyəri 100 min avrodan çoxdur.

Həmçinin Bavariya dövlət kitabxanasından daha iki yazıçıya məxsus kitab oğurlanıb. Saksoniyada insanlar rus kitablarının oğurlanmasından şikayətlənirlər.

Nəşr yazır ki, oğrular özlərini 19-cu əsr rus ədəbiyyatının tədqiqatçısı kimi təqdim edərək saxta pasportlardan istifadə edirlər. Kitabxanaya beləcə daxil olur, nadir kitabların hər səhifəsini skan edir, onun surətini çıxarır və özlərinə götürərək orijinalı ilə əvəz edirlər.

Əliyar Xəlil
Globalinfo.az