Almaniyada kütləvi tətillər: Köln stansiyası …

Almaniyada maşinistlər tətilə başlayıb. Bu səbəbdən də  qatarların hərəkətində fasilələr yaranıb.

Globalinfo.az xəbər verir ki, Almaniya Maşinistlər İttifaqı (GDL) və Almaniya Dəmir Yolları (DB) arasında davam edən kollektiv müqavilə danışıqları heç bir nəticə verməyib. Bu səbəbdən də ölkədə kütləvi tətillər başlayıb.

Səhər saatlarında başlayan tətil səbəbindən bir çox məntəqələrdə yük və sərnişin daşımaları həyata keçirilməyib. Berlin və Kölndə uçuşlarda fasilələr yaranıb. Hər gün minlərlə insanın istifadə etdiyi Köln mərkəzi stansiyası boş qalıb.

Maşinistlərin tətilindən ən çox zərər çəkən bölgələrdən biri də paytaxt Berlin olub. Berlinin mərkəzi qatar stansiyasında platformalar boş qalıb. Sərnişinlərə alternativ nəqliyyat vasitələrindən istifadə barədə xəbərdarlıq edilib.

Əliyar Xəlil,

Globalinfo.az