Almaniyada kütləvi etirazlar: 100 min insan niyə küçələrə axışıb?

 

Almaniyada “Almaniya üçün Alternativ” partiyasına qarşı kütləvi etirazlar keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə mətbuatı xəbər dərc edib.

Məlumata görə, Frankfurt-Mayndə keçirilən etirazlarda 35 minə yaxın insan iştirak edib. Qonşu Limburqda 28, Hannoverdə isə 35 minə yaxın insan etiraz aksiyasına çıxıb.

Hazırda ölkənin 100-dən çox yaşayış məntəqəsində etirazlar davam edir. Berlin, Köln və Münhendə də nümayişlərin keçiriləcəyi planlaşdırılır.

Ümumilikdə, etirazlara 100 minə yaxın adam qatılıb. Ölkə daxilində aksiyaların səbəbi “Almaniya üçün Alternativ” partiyası ətrafında yaranan qalmaqal olub.

Yerli medianın xəbərinə görə, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.

Əliyar Xəlil,

Globalinfo.az