Almaniyada qalmaqal: Mertzin bu sözləri başına bəla oldu

scale 1200 9

Almaniyanın tanınmış ictimai və siyasi simaları ölkənin Kansleri Fridrix Mertzin İsrailin İrana zərbələri ilə bağlı səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Globalinfo.az xəbər verir ki, “Berliner Zeitung” qəzetinin yaydığı məlumata görə, bir qrup mədəniyyət və siyasət nümayəndəsi Fridrix Mertzin

“İsrailin İrana zərbələri hamımız üçün görülən çirkli işdir” ifadəsini işlətməsini əsas gətirərək, onun barəsində Almaniya Federal Prokurorluğuna və Berlindəki prokurorluğa rəsmi şikayət göndəriblər.

Şikayətdə kansler “aqressiv müharibəyə təhrik”, “sülh içində birgəyaşayış prinsiplərinin pozulması” və “nasist ritorikasına oxşar dil istifadə etməkdə” ittiham olunur.

Şikayəti imzalayanlar arasında kabare artisti Diter Hallerforden, keçmiş Bundestaq deputatı Ditger Dem və Rusiya yönümlü “Sara Vagenknext İttifaqı” partiyasının siyasətçisi Andrey Quynko da yer alır.

Onların fikrincə, Mertzin bu bəyanatı Almaniya Konstitusiyasına və BMT Nizamnaməsinə ziddir.

Aysel Əliyeva
Globalinfo.az