alman surucu

Almaniyanın Maqdeburq şəhərində avtomobilin izdihamın üstünə sürülməsi nəticəsində həlak olanların sayı beşə çatıb.

Globalinfo.az bildirir ki, “Report” bu barədə “Der Spiegel”ə istinadən xəbər verir.

“Bild” nəşrinin məlumatına görə isə, hadisə nəticəsində 205 nəfər xəsarət alıb və onlardan 41-i xəstəxanada ağır vəziyyətdədir.

***13:22

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı dördə çatıb, təxminən 200 nəfər yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri polisə istinadən məlumat yayıb.

“Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.

“Bild”in məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarı hesab edib.

Paylaş: