Almaniyada aptekdə girov götürüldülər – Polis hücum etdi

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Karlsrue şəhərindəki aptekdə iki nəfər girov götürülüb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, polis girovları azad etmək üçün xüsusi əməliyyat keçirir. Məlumata görə, əməliyyat aparılan ərazidə partlayış səsləri eşidilir.

Almaniyanın Karlsrue şəhərində naməlum şəxsin iki nəfəri girov saxladığı aptekə taktiki geyimdə olan bir neçə polis məmuru hücum etməyə başlayıb.

Qeyd edilib ki, onların azadlığa buraxılması üçün 1 milyon avro pul tələb edilir. Polis əhali üçün heç bir təhlükə olmadığını qeyd edib.