Almaniya XİN Putini “prezident” adlandırmayacaq – “Bild”

“Rusiyada keçirilən seçkilər nə azad, nə də ədalətli olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofmanın fikirlərinə istinadən məlumat dərc edib.

“Nəticə əvvəlcədən bəlli idi. “Bu, qeyri-demokratik seçkidir. Orada hədə-qorxu mühiti var. Rusiyada söz azadlığı mövcud deyil. Rusiya Vladimir Putinin avtoritar idarəçiliyi altındadır”, – Hoffman bildirib.

O, işğal olunmuş Ukrayna ərazilərində səsvermənin keçirilməsini kəskin şəkildə pisləyib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer isə bildirib ki, Almaniya hakimiyyəti Putinə prezident deyə müraciət etmir.

“Son vaxtlar departament heç bir rəsmi titul olmadan yalnız Putinin soyadından istifadə edir”, – deyə fişer vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az