Almaniya və Ukrayna arasında gizli saziş: Nə baş verir?

Almaniya və Ukrayna Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Frankfurt Allgemeine Zeitung” (FAZ) nəşri hökumət dairələrinə istinadən məlumat paylaşıb.

Berlin hökumət dairələrindən verilən məlumata görə, sənəd fevralın 16-da imzalana bilər. Ukrayna Baş nazirinin müavini Olqa Stefanişina artıq saziş layihəsinin hazırlandığını açıqlayıb. Bununla belə, onun mətninin hələ tam razılaşdırılmadığını vurğulayıb.

Qeyd edək ki, daha öncə Almaniyanın maliyyə naziri Kristian Lindner Aİ tərəfdaşlarını Ukraynaya kifayəq qədər yardım göndərmədikləri üçün qınayıb. Onun fikrincə, Berlin Kiyevə dəstək üçün hər şey edir və lazım gələrsə, yardımı artırmağa hazırdır.

Əliyar Xəlil,

Globalinfo.az