Almaniya və Fransa birinci xanımlarının bu fotosu hiddətləndirdi

Almaniya və Fransa birinci xanımlarının Holokost Memorialında güldüyünü əks etdirən fotolar əməlli-başlı qalmaqala səbəb olub.

Globalinfo.az xəbər verir ki, “Reuters” tərəfindən yayımlanan fotoda Almaniyanın birinci xanımı Elke Byudenbender və Fransa prezidentinin həyat yoldaşı Bricit Makronun memorial kompleks önündə gülərək şəkil çəkdirdikləri əks olunub.

Onların bu addımı avropalıların hiddətinə səbəb olub.

Almaniyanın “Bild” nəşri isə bunu “qıcıqlandırıcı addım” adlandırıb və onların davranışlarının digər Avropa ölkələrində də çaşqınlıq yaratdığını yazıb.

Onların bu addımı avropalı sosial şəbəkə istifadəçiləri tərəfindən də tənqidlə qarşılanıb.

Belə ki, insanlar, “Bura zarafat və gülüş yeri deyil”, “Nasist zülmü altında ölən altı milyon insanın ruhuna belə hörmətsizlik unudulmayacaq” kimi şərhlər yazıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az