Almaniya Ukraynaya “Taurus” raketlərini verməkdən imtina etdi

Almaniya Bundestaqının deputatları Ukraynaya “Taurus” raketlərinin göndərilməsi təklifini rədd edib.

Globalinfo.az xəbər verir ki, deputatların əksəriyyəti Xristian Demokratik və Xristian Sosial Birlikləri blokunun təklif etdiyi qətnamənin əleyhinə səs verib.

Belə ki, 690 deputatdan 495-i Xarici Siyasət Komitəsinin qətnamənin rədd edilməsi ilə bağlı tövsiyəsini dəstəkləyib,  190-ı əleyhinə çıxıb, daha 5 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şoltz da “Taurus” raketlərinin Ukraynaya göndərilməsinin əleyhinə çıxış edir.  Onun sözlərinə görə, bu cür raketlərdən səmərəli istifadə etmək üçün alman qoşunlarının Ukrayna ordusuna təlim keçməsi lazımdır. Şoltz bunun mümkün olmadığını bildirir.

Əliyar Xəlil
Globalinfo.az