Almaniya Ukraynaya silah axınını artırır – Vadeful Kiyevə qəfil səfər etdi

5IQRJDBBVZKUHPI7KQB4XDZPCU

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya dəstək məsələlərini müzakirə etmək üçün Kiyevə səfər edib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Ukraynanın özünü uğurla müdafiə edə bilməsi üçün onun yanında olmağa davam edəcəyik – müasir hava hücumundan müdafiə sistemləri və digər silahlarla, həmçinin humanitar və iqtisadi yardımla”, – Vadeful bildirib.

Qeyd edək ki, Prezident Volodimir Zelenski bazar günü Rusiyanın yüzlərlə dron, qanadlı və ballistik raketlə həyata keçirdiyi hücumdan sonra Vaşinqton və Qərb müttəfiqlərindən Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yardım istəyib.

Xatırladaq ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox hərbi dəstək göstərən ikinci ölkədir.

Aysel Əliyeva
Globalinfo.az