1758515505 makron 2 1749729071

“Almaniyanın Ukrayna üçün ABŞ-dan silah almaq məqsədilə 90 milyard avrodan çox dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təşəbbüsü uğursuz olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşrin yazdığına görə, Berlinin təklifi bir gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində irəli sürülüb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron plana qarşı çıxıb. O qeyd edib ki, dondurulmuş vəsaitlər ilk növbədə Avropa istehsalı olan silah sistemlərinin alınmasına yönəldilməlidir.

Məlumata əsasəb, tərəflər arasında bu məsələ ilə bağlı müzakirələr davam edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: