“Miqrasiya qaydalarının sərtləşdirilməsi haqqında qətnamənin qəbulu pis işarədir”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“İlk dəfədir ki, Almaniya parlamentində səslərin böyük çoxluğu Almaniya üçün Alternativ Partiyası ilə mümkün olur. Bu parlament üçün, ölkəmiz üçün pis işarədir. Bu günü artıq bəziləri tarixi adlandıra bilər” – deyə o bildirib.
Qeyd edək ki, Almaniya parlamentinin qəbul etdiyi qanun qanunsuz miqrantların deportasiyası, eləcə də Almaniya sərhədlərin nəzarətin bərpasını özündə ehtiva edir.
Bundan öncə ABŞ-də də miqrantların kütləvi deportasiyası başlayıb. ABŞ-nin Azərbaycana bu çərçivədə 709 nəfəri göndərəcəyi bildirilib.
Əliyar Xəlil