alman litva 1

“Almaniya NATO və Rusiya arasında müharibə planı hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri ordudakı məxfi mənbəsinə istinadən məlumat yayıb.

İddiaya görə, tezliklə NATO-nun baş komandanı şərq cinahına 300 min əsgərin köçürülməsi əmrini verəcək. Onların arasında 30 min alman əsgəri də olacaq.

“Bild” yazır ki, eskalasiya 2024-cü ilin fevralında Rusiyanın Ukrayna mövqelərinə aktiv hücumundan sonra start götürə bilər. Bununla belə, müharibənin 2025-ci ildə başlaması versiyası da gündəmdədir.

Toqquşma üçün ən çox ehtimal olunan yer Belarus və Kalininqrad vilayəti arasındakı Suvalki dəhlizi olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: