Almaniya prezidentindən etiraf: Savaşa hazırlaşmalıyıq

Almaniya Ukraynadakı hadisələr fonunda müharibə vəziyyətində deyil, amma ölkə üçün yeni çağırışlar epoxası başlayır.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank Valter Ştaynmayer deyib.

“Almaniyanın neqativ epoxası başlayır. Biz çağırışlara reaksiya verməliyik. Yeni təhdidlər və geosiyasi çağırışlar fonunda ordu potensial rəqibə qarşı hazırlıqlı vəziyyətə gətirilməlidir. Bunun üçün də ordu daha müasir və kompleks təchizata, effektiv satınalmalara, kifayət qədər personala, diqqətə və qayğıya ehtiyac duyur. Zaman itirə bilmərik. Avropanın mərkəzində güclü ölkə olaraq, təkcə özümüzə görə yox, digərlərinə görə də məsuliyyət daşıyırıq”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az