AA 20251023 39503074 39503071 ALMANYA BASBAKANI FRIEDRICH MERZ AB ZIRVESININ ARDINDAN BASIN TOPLANTISI DUZENLEDI scaled

Almaniya Kansleri Fridrix Merts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

Globalinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanında onu Almaniyanın Türkiyədəki səfiri Sibille Katarina Sorq qarşılayıb.

Mertsin sabah Ərdoğanla görüşü planlaşdırılır. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, danışıqlar zamanı Türkiyə–Almaniya münasibətləri, Ankaranın Avropa İttifaqına üzvlük prosesi, həmçinin qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: