GXnK3BuhpiBL9WFc4hzqIIZCZ6R9t9WuJdu8VVA1 1200

“Almaniya tezliklə İsrailə silah tədarükünü artıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf şolts deyib.

“Biz silah göndərməmək barədə qərar qəbul etməmişik. Biz silah tədarükünü davam edəcəyik. Hökumət gələcək tədarüklərin başlayacağına zəmanət verən qərarlar qəbul edib”, – deyə Şolts vurğulayıb.

Qeyd edək ki, Almaniyanın mühafizəkar müxalifət lideri olan Merz hökuməti İsrailə silah və döyüş sursatı ixracını gecikdirməkdə günahlandırıb.

“Federal hökumət sursat və hətta tanklar üçün ehtiyat hissələri ixracını gecikdirib. Bizdə bununla bağlı konkret məlumatlar var”, – deyə Merz vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Almaniya İsrailə 326,5 milyon avro dəyərində silah ixracına icazə verib. Bu da 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: