“Almaniya iqtisadiyyatını Ukraynaya yardım çökdürür” – Habek AÇIQLADI

“Almaniya iqtisadiyyatı Ukraynaya dəstək səbəbindən pul itirir”.

Globalinfo.az xəbər verir ki,  bu barədə Almaniyanın İqtisadiyyat naziri Robert Habek fikir səsləndirib. O bildirib ki, Ukraynaya dəstək səbəbindən Almaniya büdcəsinə daha az pul daxil olur.

Onun sözlərinə görə, Almaniya təkcə Kiyevə deyil, həm də Ukraynaya yardım göstərən digər Avropa dövlətlərinə də hərbi və iqtisadi dəstək verir:

“Biz pul xərcləyirik, amma bu pul artıq yoxdur.  Etiraf etmək lazımdır ki, əlavə xərclər bizim iqtisadiyyatımıza mənfi təsir göstərir və büdcəmizə daxil deyil”, – Habek vurğulayıb.

“Almaniya iqtisadiyyatı Rusiya qazından imtinaya görə rəqabət qabiliyyətini itirib. Elektrik təchizatı Rusiya yanacağından asılılıq əsasında qurulduğundan bu amil ölkəyə bazarlarda rəqabət aparmağa imkan verirdi. Rusiya qazından imtina etdikdən sonra enerji qiymətləri bahalaşdı və üstünlük əldən getdi”, – deyə Almaniyanın iqtisadiyyat naziri etiraf edib.

Qeyd edək ki, Almaniya Ukraynaya yardım edənlər siyahısında ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Daha əvvəl Almaniya kansleri Olaf Şolz Ukraynaya 7 milyard avrodan çox məbləğdə yardım göstəriləcəyini açıqlamışdı. O, vəsaitin həm hərbi, həm də maliyyə yardımı üçün istifadə olunacağını diqqətə çatdırmışdı.

Əliyar Xəlil,

Globalinfo.az