Almaniya dünən gecə saatlarında mühüm qərar verdi

Almaniyada son üç atom elektrik stansiyası – “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumata görə, dünən gecə saatlarında ən son Baden-Vürtemberq federal torpağındakı “Nekkarvestheim-2” AES elektrik şəbəkəsindən ayrılıb.

“Nüvə enerjisinin riskləri son nəticədə idarəolunmazdır, ona görə də onun mərhələli şəkildə aradan qaldırılması ölkəmizi daha təhlükəsiz edir və nüvə tullantılarının daha çox yığılmasının qarşısını alır”, – Almaniyanın ətraf mühit naziri Şteffi Lemke bildirib.