Almaniya, Fransa və Britaniyanın ilginc planı: Şolts açıqladı

Almaniya, Fransa, İtaliya və Polşa min kilometr məsafəyə uça bilən uzaqmənzilli qanadlı raketlər hazırlamaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “FAZ” nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Olaf Şolts Böyük Britaniya və Fransa ilə birlikdə dəqiq silahlar hazırlamaq planlarının olduğunu açıqlayıb.

“Rusiyanın Avropada yerləşdirdiyi silahların sayının artdığını nəzərə alsaq, bizə dəqiq silahlar lazımdır. Bu, həm də təhlükəsizlik strategiyasında öz əksini tapıb. Odur ki, Almaniya hökuməti Böyük Britaniya və Fransa ilə öz dəqiq silah sistemlərini inkişaf etdirmək haqqında fikirləşir”, – Şolts vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az