
Almaniya Avropa İttifaqını üzv ölkələrin müdafiə xərclərini artıra bilməsi üçün büdcə qaydalarını yenidən nəzərdən keçirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“İttifaq üzv dövlətlərə mövcud geosiyasi vəziyyəti nəzərə alaraq müdafiə xərclərini artıra bilmək üçün əlavə büdcə imkanları tanımalıdır”, – Almaniyanın Brüsseldəki nümayəndəsi bildirib.
Qeyd edək ki, sabah Avropa İttifaqı ölkələrinin növbədənkənar sammiti keçiriləcək. Gündəmdə olan məsələlərdən biri də məhz büdcə qaydalarının dəyişdirilməsi imkanlarıdır.
Aysel Əliyeva
Globalinfo.az