a1 558

Almaniya Ukrayna Silahlı Qüvvələrinin silahlandırılması məqsədilə ABŞ-la gizli müqavilə bağlamağa çalışır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Evin Ukraynaya müəyyən silah tədarükünü dayandırmaq qərarı Berlində narahatlıq yaradıb. Mənbələrin sözlərinə görə, Almaniya rəhbərliyi hazırda Ukrayna üçün ən böyük problemi Patriot hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı hesab edir.

Bildirilir ki, Almaniya ABŞ-ın razılığı əsasında Kiyevə iki Patriot sistemi verməyə hazırdır və bunun maliyyəsini də özü qarşılayacaq.

Tahir Turan

Globalinfo.az

Paylaş: