Alman tarixçi: “Rusiya Litvaya hücum etsə…”

“Alman silahlı qüvvələri rus ordusuna müqavimət göstərmək iqtidarında deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikiri “Potsdam” Universitetinin hərbi tarixçisi Zenke Neytzel səsləndirib.

O bildirib ki, Rusiya Litvaya hücum edəcəyi təqdirdə Almaniya silahlı qüvvələri rus ordusuna müqavimət göstərə bilməyəcək:

“Alman silahlı qüvvələri təbii ki, döyüşəcək. Ancaq onların qisməti yalnız ləyaqətlə ölmək olacaq. Sonra ruslar Belarus sərhədindən Vilnüsə 30 kilometr piyada gedəcəklər”, – Neytzel vurğulayıb.

Ekspertin fikrincə, Donald Tramp ABŞ prezidenti olsa, NATO ölkələrinə hərbi dəstək öhdəliklərini ciddi şəkildə azaldacaq:

İndi Fransa və İtaliya da genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazır deyil. Həqiqətən də, Almaniya müdafiə naziri Boris Pistorius ölkəni müharibəyə hazır vəziyyətə gətirmək istəyir. Amma sıravi əsgərlər  heç bir dəyişiklik hiss etmir. Onlar idmanla məşğul olmurlar, heç bir döyüş sursatı yoxdur”.

Qeyd edək ki, Almaniyada keçirilən sorğuda iştirak edən vətəndaşların 46 faizi Rusiyanın mümkün hücumundan narahatdır. Respondentlərin 39 faizi isə hətta fövqəladə vəziyyətlə bağlı indidən ləvazimatlarını yığıblar.

Əliyar Xəlil,

Globalinfo.az