İranla bağlı münaqişə fonunda Almaniya silahlı qüvvələri (Bundesvar) Türkiyənin cənub-şərqində “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Hava hücumundan müdafiə sistemləri və təxminən 150 Bundesver əsgəri iyunun sonundan sentyabr ayına qədər Türkiyədə olacaq. Onlar ABŞ ordusunun bölmələrini əvəz edəcəklər.
“Almaniya NATO daxilində daha böyük məsuliyyəti öz üzərinə götürür. Biz bunu şərq cinahında, uzaq şimalda və indi də NATO-nun Türkiyədəki cənub-şərq cinahında edirik”, – deyə müdafiə naziri Boris Pistorius vurğulayıb.
Xatırladaq ki, Bundesver “Patriot” təyyarələri sonuncu dəfə 2013-2015-ci illəırdə Türkiyəyə NATO-nun Suriya sərhədindən təxminən 120 km məsafədəki “Aktiv Hasar” missiyasının bir hissəsi kimi yerləşdirilib.
Əliyar Xəlil