Alman general hökumətdən tələb etdi: “Ukraynaya F-16 verin!”

Almaniya hökuməti Ukraynaya dərhal F-16 qırıcıları verməlidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə almaniyalı hərbçi, təqaüddə olan general Edhard Byuler deyib.

O bildirib ki, rəsmi Berlin bu məsələ barədə çox düşünür və buna görə də Ukrayna ordusu müasir silah çatışmazlığı yaşayır:

“F-16 sadəcə nümunələrdən biridir. Əsas məsələ ukraynalıları özlərini uzun vədədə müdafiə etməyə imkan verən vəziyyətə gətirməkdir”.