Avropa diplomatiyasının rəhbəri Kaya Kallas sentyabr ayında keçiriləcək Estoniya prezidentliyinə namizəd olmayacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.
O bildirib ki, bu vəzifəyə uyğun deyil.
Kallas həmçinin deyib ki, bəzən Avropa diplomatiyasının rəhbəri olmasaydı, hansı işlə məşğul ola biləcəyi barədə də düşünüb:
“Müxtəlif ölkələrə səfər edirəm və fikirləşirəm ki, görəsən, həmin ölkələrdən birində səfir ola bilərdimmi?
Amma həyat yoldaşım deyir ki, səfir işi sənin üçün həddindən artıq sakitdir”.
Əliyar Xəlil
Globalinfo.az