Alimlərdən maraqlı ARAŞDIRMA: “Gündə 3 stəkan çay içmək…”

Gündə üç stəkan çay içmək bioloji yaşı azaldır.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “Siçuan” Universitetinin alimlərinin apardığı araşdırmanın nəticəsi fikir söyləməyə imkan verir.

Alimlərin araşdırmasına görə, çayın müntəzəm istehlakı qocalma ilə mübarizə aparmağa və hətta insanın bioloji yaşını azaltmağa imkan verir. Araşdırmanın nəticələri  “Science Direct” portalında dərc edilib.

Tədqiqatçılar çay istehlakı məlumatlarının təhlilini aparıblar. Eləcə də, sürətlənən bioloji yaşı (BA) hesablamaq üçün klinik biomarkerlərdən və antropometrik ölçmələrdən istifadə ediblər.

Alimlərin sözlərinə görə, çay içənlərlə müqayisədə, ondan imtina edənlər daha sürətli bioloji yaşlanmaya məruz qalırlar. Maraqlıdır ki, müntəzəm çay içənlərdə bioloji qocalmanın yavaşlaması daha çox müşahidə olunur.

Nəhayət, elm adamları gündə təxminən 3 stəkan çay və ya 6-8 qram çay yarpağını dəmləyərək içməyin yaşlanma əleyhinə faydalı olması versiyasını irəli sürüblər.

Bu nəticələr qocalma prosesini yavaşlatmaq üçün qidalanma strategiyalarının hazırlanmasında çayın potensial rolunu ön plana çıxarır. Bu içkinin sağlam yaşlanma strategiyalarına daxil edilməsinin vacibliyi vurğulanır.

Əliyar Xəlil,

Globalinfo.az