Alim maaşından narazılıq etdi, daha da azaldıldı

“Saathesabı çalışdığım universitetdə 300 saatdan çox dərsim var, aylıq 271 manat maaş yazırdılar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış alim, dosent Zaur Əliyev deyib.

O bildirib ki, şikayətdən sonra maaşını azaldıblar:

“O gün gedib şikayət etmişdim ki, mən aliməm, elmi adım və dərəcələrim var. Həftədə beş ardıcıl dərsim olduğunu bildirdim. Elmi rəhbərlik edirəm, maaşım düz hesablanmır. Bu gün dəvət edib, yeni müqavilə bağladılar. Əməkhaqqım 251 manat oldu”.

Zaira Akifqızı
Globalinfo.az