Ali məktəblərə qəbul imtahanı keçirildi: Suallar çətin olub? – VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Globalinfo.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, 18 mindən çox abituriyent 76 binada təşkil edilən imtahanda iştirak ediblər.

İmtahanda iştirak edən bəzi abituriyentlər imtahan suallarının asan, bəziləri isə çətin olduğunu deyiblər.

Qeyd edək ki, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: