
“Fənərbağça”nın keçmiş prezidenti Ali Koç seçkinin nəticələrindən sonra mətbuata açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, yeni prezidenti təbrik edərək kluba uğurlar arzulayıb.
“38-ci prezidentimiz uğurlar gətirsin. Sadettin bəy az fərqlə qalib gəldi. Yolumuz açıq, şansımız bol olsun. Hamımız eyni gəmidəyik, artıq düşmənləri içəridə deyil, çöldə axtarmağın və prezidentimizin ətrafında birləşməyin vaxtıdır”, – o bildirib.
Qeyd edək ki, “Fənərbağça” klubunun yeni prezidenti Sadettin Saran seçilib. S.Saran 12,068 səs toplayan Ali Koça 12,325 səslə qalib gəlib.