Səkkiz ərəb ölkəsinin xarici işlər nazirləri Suriyada bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN başçılarının İordaniyada keçirilən görüşün yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.
Bundan başqa, nazirlər terrora qarşı mübarizəyə sadiq olduqlarını təsdiqləyiblər.
***15:16
İordaniyada ABŞ, Avropa Birliyi, Türkiyə və ərəb ölkələrinin diplomatlarının iştirakı ilə danışıqlar keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Frans Press Agentliyi yayıb. Məlumata görə, bu gün (14 dekabr) baş tutacaq görüşdə müzakirə mövzusu yalnız Suriya məsələsi olacaq. Ali diplomatların iştirak edəcəyi görüşə ABŞ dövlət katibi Entoni Blinken də gəlib.
Qeyd edək ki, Blinken iki gündür artıq Yaxın Şərqdədir. O, səfərini Türkiyədən başlayıb. Səfərin sonunda Blinken Türkiyə ilə Suriyanın gələcəyi ilə bağlı razılıq əldə etdiklərini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az