74579604 adff 4454 bf8b aba47f9439d9

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüşdə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da iştirak edib.

Görüş zamanı Rusiya və Ermənistan arasında bir sıra aktual məsələlər, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) formatında əməkdaşlıq müzakirə olunub.

Bundan başqa, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələsi də gündəmə gətirilib.

N.Paşinyan “sülhün kəsişməsi” layihəsini A.Overçuka təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: