Aleksey Navalnı öldü – SON DƏQİQƏ

Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə müəssisəsində ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.

Qeyd edək ki, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki 3 saylı cəzaçəkmə koloniyasında idi.

Federal Penitensiar Xidməti Navalnının öldüyü koloniyaya komissiya göndərir.