Aleksey Navalnı 19 il müddətinə azadlıqdan məhrum olundu – VİDEO

Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya 19 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“A.A.Navalnıya 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin ki, xüsusi rejimli koloniyada çəkilsin”, – hakim Andrey Suvorov hökmü elan edib.

Hökmə əsasən, məhkum ekstremist icma yaratmaqda və iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist birliyin təşkilində, ekstremist fəaliyyətə ictimai çağırışlarda və yetkinlik yaşına çatmayanları onların həyatı üçün təhlükəli yarada biləcək fəaliyyətə cəlb etməkdə təqsirli bilinib.

Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, xüsusi rejimli koloniyalarda xüsusilə təhlükəli residiv törədən və ömürlük həbs cəzasına məhkum edilmiş kişilər saxlanılır. Belə rejim məhkumların saxlanması üçün daha sərt şərtləri, o cümlədən hərəkət, ünsiyyət və asudə vaxt azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.