Alça ağacından yıxılan kişi öldü

alca agaci

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən yıxılıb.

O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.