aa

Azərbaycanlı aktyorlar Rusiyanın “Domaşni” telekanalının sifarişi ilə “CP Cinema” şirkəti tərəfindən çəkilən “Ərik acısı” serialında rol alıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ekran işində Əməkdar artist Hüsniyə Mürvətova, aktyor-model Rüstəm Cəbrayılov və Fuad Şabanov çəkiliblər.

Serialın quruluşçu rejissoru Aleksandr Moxovdur.

Serialın ssenarisinə əsasən, baş qəhrəman Annaya doğuşdan sonra ürək transplantasiyası tələb olunur. Çətin əməliyyatı Türkiyə xəstəxanasında edirlər. Donor isə qəzada vəfat etmiş qadın olur – Camal adlı qəhrəmanın həyat yoldaşı. Bunu öyrənən Camal Anna ilə tanış olmaq qərarına gəlir…

r
r2
369630478 7332158283478387 6294341469457882261 n

Paylaş: