Aktaudakı Baş konsulluğumuzda görüş keçirildi – FOTO

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda azərbaycanlı ağsaqqallarla görüş keçirilib.

Globalinfo.az-ın məlumatına görə, görüş zamanı xalqlar arasında münasibətlərin dərinləşməsində icma üzvlərinin rolu barədə müzakirələr aparılıb.

Müzakirə zamanı Ağsaqqallar Şurasının yaradılması ilə bağlı təklif irəli sürülüb və bunun sonrakı proseslərdə önəmli rol oynayacağına diqqət çəkilib.

Görüşün sonunda iştirakçılar xatirə fotoları çəkdiriblər.

Zaira Akifqızı
Globalinfo.az