Aktauda Xocalı qurbanları anıldı – VİDEO

26 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun inzibati binasında “Azərbaycan Mərkəzinin”, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası keçirilib.

Globalinfo.az-ın məlumatına görə, kampaniyada 50 nəfər azərbaycanlı gənc və tələbə iştirak edib.

Aksiya iştirakçıları Dünya Birliyini Xocalıda törədilən ədalətsizliyə qarşı susmamağa çağırıb. Gənclər “Xocalıya Ədalət” şüarı altında dünyaya səslənib, erməni vəhşiliyini pisləyiblər.

Daha sonra Xocalı qurbanlarının xatirəsinə dair hazırlanmış stend önünə gül qoyulub və ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Zaira Akifqızı
Globalinfo.az