AKP sözçüsü: “Heç kim Azərbaycanın icazəsi olmadan bunu edə bilməz”

Azərbaycan torpaqlarında heç kim Azərbaycan dövlətinin icazəsi olmadan faydalı qazıntı işləri apara bilməz.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Laçın dəhlizindəki gərginlik də məhz bu səbəbdən baş verib.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki yaşayan ermənilərin Azərbaycan rəsmilərindən icazə almadan yataqlarda istismar işlərini davam etdirməsi qəbuledilməzdir. Ermənistan bölgədə artıq təxribatlardan çəkinməlidir. Bölgədə sülhün bərqərar olması hər kəs üçün xeyirli olacaq”, – Ömər Çelik əlavə edib.