“Akıncı” hücum PUA-ları ordumuza bu faydaları verəcək!

“Akıncı” hücum PUA-ları ciddi döyüş potensialına malik vasitələrdir. Onların alınması barədə mən Bakıda keçirilən TEKNOFEST zamanı məlumat vermişdim”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bundan sonra bir neçə dəfə Türkiyədən “Akıncı” hücum PUA-larının satışına dair müsbət mesajlar verilmişdi:

“Bu PUA-ların alınması birmənalı şəkildə Azərbaycanın aviasiya potensialını artıracaq. Bildiyiniz kimi, “Akıncı” PUA-ları kifayət qədər ağır silah-sursat daşıya bilir. Bundan başqa, bu PUA-lar daha uzun məsafələri qət edə bilir.

“Akıncı” PUA-ları potensial bir qırıcı ilə eyni məsafəyə qalxa bilər, habelə bu məsafədən tapşırıqları icra edilə bilir. Bu baxımdan bu döyüş vasitələri ordumuzun potensialını daha da artıracaq.

Onu da deyim ki, “Akıncı” PUA-larının arsenalımıza daxil olması Azərbaycan ilə Ermənistan arasında olan mövcud hərbi balansı növbəti dəfə xeyrimizə dəyişəcək”

Turan Rzayev
Globalinfo.az